Milli və beynəlxalq qiymətləndirmə

Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidlərindən biri olub, beynəlxalq qiymətləndirmə tədqiqatlarının, o cümlədən yerli tədqiqatların və qiymətləndirmələrin təşkilini, nəticələrin təhlilini və hesabatların hazırlanmasını həyata keçirir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.