Strateji təhsil tədqiqatları

Təhsildə strateji tədqiqatlar şöbəsi təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqatla bağlı fəaliyyətləri icra edir. Şöbə ARTİ-yə tabe mərkəzlərin və digər funksional şöbələrin fəaliyyətlərinin icrasından ortaya çıxan mövzularda tədqiqatların dizayn edilməsinə və həyata keçirilməsinə dəstək olur. Həmçinin, Elm və Təhsil Nazirliyi başda olmaqla nazirliyə tabe olan digər qurumların, eyni zamanda ali təhsil müəssisələrinin fəaliyyətlərindən irəli gələn və təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edən aktual mövzularda tədqiqatların aparılması ilə bağlı təkliflər irəli sürür və araşdırmalar həyata keçirərək tövsiyələr hazırlayır. Əlavə olaraq, şöbə beynəlxalq donorlar tərəfindən təklif olunan təhsillə əlaqəli mövzularda da tədqiqatlar aparır və hesabatlar hazırlayır. Ümumi olaraq şöbə tədqiqat mühitinin və mədəniyyətinin formalaşmasına dəstək olur.