Məktəbəqədər təhsil proqramında (kurikulumda) təlimin təşkili ənənəvi məşğələlərdən fərqlənir. Yeni yanaşmaların tətbiqi uşaqların sərbəst şəkildə fəaliyyət göstərməsinə imkan yaratmaqla yanaşı, onların bilik, bacarıq və istedadlarının üzə çıxarılmasına şərait yaradır və uşaqların idraki fəallığını təmin edir. Bununla əlaqədar məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji işçilərə kömək məqsədilə “Məktəbəqədər təhsil proqramının (kurikulumun) tətbiqinə dair tövsiyələr” adlı metodik vəsait hazırlanmışdır.
4 bölmədən ibarət vəsaitdə tərbiyəçi-müəllimlərə təlim-tərbiyə işini qurmaqda kömək edəcək və istiqamət verəcək materiallar öz əksini tapmışdır.
Müvafiq linkə keçid etməklə vəsaitlə tanış ola bilərsiniz:
MƏKTƏBƏQƏDƏR TƏHSIL PROQRAMININ KURIKULUMUN TƏTBIQINƏ DAIR METODIK TOVSIYƏLƏR