25.01.2022

ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsi təhsilin bütün pillə və səviyyələri üzrə müxtəlif mövzularda tədqiqat təkliflərini qiymətləndirir və tədqiqatlar aparır, həmçinin tədqiqatların icrasına nəzarəti həyata keçirir.

 

Vəzifə öhdəlikləri:

  • Tədqiqat istiqaməti üzrə elmi yenilikləri və trendləri izləmək;
  • Tədqiqat təklifləri hazırlamaq;
  • Təhsilin müxtəlif pillə və səviyyələri üzrə fərqli mövzularda tədqiqatlar (nəzəri və tətbiqi) aparmaq;
  • Datanın (məlumat) yığılması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
  • Data təhlilinin nəticələri əsasında hesabatlar hazırlamaq;
  • Multidisiplinar xarakterli tədqiqat layihələrinin icrası zamanı komandalarda iştirak etmək.

 

Tələblər:

  • Təhsil istiqamətində ali təhsil (minimum magistratura);
  • Təhsil sahəsində minimum 3 il təcrübə;
  • Tədqiqat metodlarını peşəkar səviyyədə bilmə və tətbiq etmə;
  • Data analizi proqramları haqqında məlumatlı olma və istifadə edə bilmə;
  • Yerli və beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrə sahib olma;
  • Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Analitik və strateji düşünmə və problem həll etmə bacarığı;
  • Müstəqil və komanda mühitində işləmək bacarığı;
  • Təşəbbüskarlıq bacarığı.

 

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 31.01.2022-ci il tarixinədək CV-lərini research@arti.edu.az elektron poçt ünvanına “Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

 

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.