22.11.2018
ARTİ "Sinfin idarə edilməsində istifadə olunan effektiv psixoloji üsullar" adlı bir günlük ödənişsiz seminara dəvət edir.
Azərbaycan Respublikasının Təhsil İnstitutu paytaxt və regionların ümumtəhsil məktəblərində çalışan ibtidai sinif müəllimləri, pedaqoji fakültələrdə təhsil alan tələbə və magistrları “Sinfin idarə edilməsində istifadə olunan effektiv psixoloji üsullar” adlı bir günlük ödənişsiz seminara dəvət edir.
Seminar zamanı:
- Kiçik məktəbli yaş dövrünün psixoloji xüsusiyyətləri;
- Şagirdlərin davranışlarına təsir edən faktorlar;
- Effektiv idarəetmə üçün psixoloji metodlar;
- “Müəllim-şagird” və “müəllim-valideyn” ünsiyyəti zamanı yaranan problemlər və onların aradan qaldırılması yolları və s. mövzular müzakirə ediləcək.
Qeydiyatdan keçmək üçün buraya daxil olun.
Qeydiyatdan keçmək üçün son tarix: 23 noyabr 2018-ci il, saat 18:00.
Seminarın tarixi: 24 noyabr 2018-ci il
Seminarın keçirilmə saatı: 11:00 – 13:00
Ünvan: Bakı ş., A.Cəlilov 86. Azərbaycan Respublikasının Təhsil İnstitutu
Əlaqə nömrəsi: 055 505 48 82(saat 9:00-18:00 arası əlaqə saxlamaq olar)