04.12.2018

ARTİ "Müasir uşaqların tolerantlıq problemi və onların seçdikləri "asan" çıxış yolu" adlı bir günlük ödənişsiz seminara dəvət edir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsil sahəsində çalışan şəxsləri, psixoloqları, tələbə və magistrləri “Müasir uşaqların tolerantlıq problemi və onların seçdikləri “asan” çıxış yolu” adlı bir günlük ödənişsiz seminara dəvət edir.

Seminar zamanı:

- məktəbli uşaqların müxtəlif yaş dövrlərində psixoloji xüsusiyyətləri;

- müasir uşaqların ünsiyyət və tolerantlıq problemi;

- uşaqların normal psixoloji vəziyyətinin formalaşmasında ailə, məktəb və mühitin rolu və s. məsələlər müzakirə ediləcəkdir.

 Qeydiyyatdan keçmək üçün buraya daxil olun.

Qeydiyatdan keçmək üçün son tarix: 06 dekabr 2018-ci il, saat 16:00.

Seminarın tarixi: 07 dekabr 2018-ci il 

Seminarın keçirilmə saatı: 15:00 - 17:00

Ünvan: Bakı ş., A.Cəlilov 86. Azərbaycan Respublikasının Təhsil İnstitutu

Əlaqə nömrəsi: 055 505 48 82 (saat 9:00-18:00 arası əlaqə saxlamaq olar)