14.11.2019

"Kibertəhlükəsizliyə giriş" mövzusunda təlim layihəsində iştirak etmək üçün müsabiqə elanı

Azərbaycan Respublikasının Təhsil İnstitutu beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində (London King’s College, Oxford University)  tədqiqatla məşğul olan, kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə “Kibertəhlükəsizliyə giriş” təlim layihəsinə start verir. Layihənin məqsədi Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrə kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik və praktiki bacarıqların verilməsindən ibarətdir.

Müsabiqədə təməl ingilis dili bilikləri olan, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 24.11.2019-cu il tarixinədək https://sites.google.com/kernelabc.com/securex linkinə daxil olaraq müraciət etmələri xahiş olunur.