"Kibertəhlükəsizlik" təlim layihəsində iştirak etmək üçün müsabiqə elanı
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinin ikinci fazasına start verir.
Layihə çərçivəsində beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində (London King’s College, Oxford University) tədqiqatla məşğul olan, kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrə kibertəhlükəsizliyin əsasları, kibercinayətkarlıqla mübarizə üsulları, sosial mühəndislik, infrastruktur təhlükəsizliyi və s. mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlər dörd ay müddətində onlayn formatda davam edəcəkdir.
Müsabiqədə təməl ingilis dili bilikləri olan, informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 18 oktyabr 2020-ci il tarixinədək aşağıdakı müraciət linkinə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur: