13.02.2021

Məhsul menecmenti: nədir və necə tədris olunmalıdır?

 

“İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “Məhsul menecmenti: nədir və necə tədris olunmalıdır?” adlı üçüncü tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 17 fevral saat 19:00-da baş tutacaqdır. Tədbirin məqsədi iş dünyasında tələb olunan yeni peşələrə diqqət çəkmək və onlara ali təhsil müəssisələrinin necə hazırlanmasını müzakirə etməkdən ibarətdir. Təqdimatı ABŞ-da “Walmart” şirkətinin e-kommersiya qolunun baş məhsul meneceri olan Araz Cavadov aparacaqdır. O, Üzvlük və marketinq şöbəsində satış platformasının əsasını təşkil edən Üzvlük platformasının məhsul meneceridir. Əlavə olaraq, yeni istifadəçilərin alınması və mövcud istifadəçi bazasının artırılması üçün Marketinq şöbəsi ilə birgə yeni məhsulların inkişafı üzrə layihələrdə çalışır. Çalışdığı iki il müddətində satış platformasının modernləşdirilməsi və Cloud-a miqrasiyası üzrə layihənin birinci fazasını tamamlamışdır. Araz Cavadov ali təhsilini Dyuk (Duke) Universitetində (MBA və Elm və Texnologiya Menecmenti üzrə) və Lomonosov adına Moskva Dövlət Universitetində (Kimya) almışdır.

Tədbir təhsil idarəçiləri, işçiləri və tələbələr üçün nəzərdə tutulmuşdur və Azərbaycan dilində aparılacaqdır. Yerlər məhduddur. İştirak etmək üçün 16 fevral 2021-ci il tarixinə qədər aşağıda göstərilən keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: 

https://bit.ly/3u5Qoae