18.02.2021

BMT-nin Davamlı İnkişaf Məqsədləri biznes təhlilində

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 23 fevral 2021-ci il, saat 19:00-da keçiriləcək “Niyə gələcəyə yönəlik biznes təhsilinə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə təhsil də daxildir?” adlı vebinarda iştirak etməyə dəvət edir.

Vebinarda Korporativ idarəetmə sahəsində ixtisaslaşmış və idarə heyəti üzvlərinə konsultasiya verən təcrübəli korporativ hüquqşünas xanım Elvira de Yonq qonaq spiker qismində çıxış edəcək. O, hal-hazırda Oksford Universitetindəki “Saïd Business School”-da “Executive MBA” təhsili alır və müvəqqəti müqavilə üzrə “De Brauw Blackstone Westbroek”da çalışır. Xanım Elvira de Yonq xüsusilə Qara Afrikaya (Böyük Səhradan cənubdakı Afrika) investisiya qoyularaq qeyri-bərabərliyin azaldılması ilə maraqlanır.

Tədbir korporasiyaların qlobal problemlərin həllindəki roluna həsr edilib. Məruzəçi aktiv rol oynamaq üçün əsaslı biznes səbəblər, həmçinin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasına verilən töhfələrin kommersiya biznes modelinə necə daxil edilməsi barədə məlumat verəcək.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 21 fevral 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçin:
https://bit.ly/2ZyW4vb