10.03.2021

"Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinar keçiriləcək.

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 15 mart 2021-ci il tarixində, saat 19:00-da keçiriləcək "Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinarda iştirak etməyə dəvət edir. 

Trabzon Dövlət Universitetinin müəllimi Dos. Dr. Mehmet Palancı vebinarda qonaq məruzəçi qismində çıxış edəcək. Mehmet Palancı, həmçinin MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu, Uşaq və Gənclərin Problemlərinin Araşdırılması Dərnəyinin qurucusudur. O, Karadeniz Texniki Universitetində Məsləhətçi psixoloq ixtisası üzrə doktorantura təhsili alıb.

Gənc nəslin psixoloji cəhətdən sağlam yetişdirilməsi istiqamətində bir sıra araşdırma və təhlillərin müəllifi olan spiker vebinar zamanı uşaq və gənclərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, valideynlərin və cəmiyyətin bu prosesdəki rolu haqqında ətraflı məlumat verəcək.

Türk dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 13 mart 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/2OJb5sw