01.04.2021

Müasir elmi-tədqiqat müəssisəsi

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 7 aprel 2021-ci il, saat 19:00-da “Müasir elmi-tədqiqat müəssisəsi” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.

Vebinarda spiker qismində Auburn Universitetində dosent kimi fəaliyyət göstərən Rəşad Kərimov çıxış edəcək. Rəşad Kərimov 2005-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Daha sonra ABŞ-da Minnesota Duluth Universitetində magistratura təhsili, Cornell Universitetində isə doktorantura təhsili alıb. O, elmi fəaliyyətini Berkli Kaliforniya Universitetində davam etdirib. Elmi araşdırmaları tibbi kimya, üzvi sintez və keçid metallardan üzvi sintez üçün katalizatorların hazırlanması haqqındadır. Qeyd edək ki, Rəşad Kərimovun beynəlxalq elmi jurnallarda 13 məqaləsi çap olunub, ABŞ-da bir patenti mövcuddur.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 5 aprel 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/3fxaMw7