18.05.2021

Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr

Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar olaraq “Təhsil İnstitutu - 90” adlı vebinarlar silsiləsini davam etdirir. Vebinarlar silsiləsinin “Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda ikinci tədbiri 27 may 2021-ci il tarixində, saat 19:00-da  baş tutacaq.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edəcək.

Elxan Bəylərov 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycanın təhsil sahəsindəki islahatlarda kurikulumların, o cümlədən məzmun və qiymətləndirmə standartlarının hazırlanma­sın­da iştirak edib, həmçinin Təhsil Nazirliyinin və Hollandiyanın Cito qrupunun milli məsləhətçisi olub. 100-dən çox elmi-metodik və pedaqoji əsərin, 25-dən artıq proqram, dərslik, kitab və kitabçanın, o cümlədən Azərbaycanda ilk məntiqi test toplusu olan “Bir sual 880 cavab və ya min bir sirrin xəzinəsi (2002)” vəsaitinin müəllifidir.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər. Vebinarda iştirak etmək üçün 25 may tarixinə qədər aşağıdakı linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/2RYxGCS