08.06.2021

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 27, 28, 29 və 30 iyun 2021-ci il tarixlərində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Pandemiya səbəbilə birillik fasilədən sonra ölkəmizdə üçüncü dəfə baş tutacaq KBRM ARTİ-nin təşkilatçılığı və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 60 dəqiqə davam edəcək.

Bu il müsabiqə onlayn formatda təşkil olunacaq və bütün bölgələrdən olan şagirdlər müsabiqəyə qoşulmaq və öz biliklərini yoxlamaq üçün fürsət qazanacaqlar.

Qeyd edək ki, müsabiqədə iştirak edən hər bir şagird sertifikatla təltif olunacaq.

Müsabiqənin keçiriləcəyi vaxt, onlayn imtahanın formatı, qeydiyyat, iştirak haqqı və s. məsələlərə dair ətraflı məlumat bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.