17.06.2021

Data elmi, analitika və yeni trendlər

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 24 iyun 2021-ci il, saat 19:00-da “Data elmi, analitika və yeni trendlər” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.

Vebinarda data elminin əhəmiyyəti və təhsil sahəsində nəzərə alınmalı məqamlar kimi mövzulara toxunulacaq.

Tədbirin spikeri Ottava Universitetində Telfer Menecment Məktəbinin Menecment analitikası üzrə fəlsəfə doktoru Vüsal Babaşov olacaq. O, bakalavr təhsilini Qafqaz Universitetində Sənaye mühəndisliyi ixtisası üzrə alıb. Daha sonra 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Pittsburq Universitetində Sənaye mühəndisliyi və 2012-ci ildə Kanadanın Qərb Universitetində Biostatistika ixtisasları üzrə magistr dərəcəsi qazanıb. Vüsal Babaşovun elmi araşdırma sahələrinə analitika, optimizasiya, dinamik proqramlaşdırma və s. daxildir.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 22 iyun 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/eET0y7Wcqb