10.08.2021

Təhsil sisteminin idarə olunmasının aktual məsələləri

ARTİ Sizi 17 avqust 2021-ci il tarixində saat 19:00-da “Təhsil İnstitutu - 90” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq “Təhsil sisteminin idarə olunmasının aktual məsələləri” mövzusunda vebinara dəvət edir.

Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər  doktoru, Əməkdar müəllim Piralı Əliyev çıxış edəcək.

P.Əliyev bir neçə dəfə Cito-Niderland Milli Təhsil İnstitutunun layihə rəhbəri tərəfindən keçirilən kurikulumların, tədris materiallarının hazırlanması və şagird qiymətləndirilməsi üzrə seminarların, Amerika Beynəlxalq Təhsil Şurası ASTR/ACCELS və PIE Proqramının məzunlar qrupunun seminarlarının, Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Proqramı çərçivəsində keçirilən seminarın, Türkiyə Cümhuriyyətinin Milli Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildəki yeniliklər və mədəniyyətlərin paylaşılması seminar”ının iştirakçısı olub. 170-ə yaxın elmi əsərin, o cümlədən, 3 monoqrafiya, 5 metodik vəsaitin müəllifidir. Məqalələri Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyasının nüfuzlu jurnallarında nəşr olunub.                                                         

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər. Vebinarda iştirak etmək üçün 15 avqust tarixinə qədər aşağıdakı linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/37Lo1V3