05.11.2021

"SABAH.lab" Akselerasiya Mərkəzi ADA Universitetində təqdim olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimatları davam edir.

Növbəti təqdimat ADA Universitetinin tələbələri üçün keçirilib.

Təqdimatda spiker qismində “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı və “IBM iX” şirkətinin texniki direktoru və sahibkar Petras Slekys iştirak ediblər. ADA Universitetinin nümayəndələri Fidan Qüvvətli, Fəridə Eyvazova, Təranə Həsənova və Fərhan Əlizadə görüşə qatılıblar.

Görüş zamanı spikerlər öz uğur hekayələri barədə çıxış edib, tələbələrin suallarını cavablandırıblar. Tələbələrin böyük maraqla qarşıladıqları layihə ilə bağlı müzakirələr aparılıb, uğurlu startapın başlanğıcı üçün lazım olan bilik və bacarıqlar, həmçinin mərkəz tərəfindən yaradılacaq imkanlar barədə məlumat verilib.