ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq həyata keçirilir
ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq həyata keçirilir.
Bu fəaliyyətlər çərçivəsində ilk olaraq 10 noyabr tarixində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimlərinin və metodik kabinet əməkdaşlarının pedaqoji səriştəliliyini artırmaq məqsədilə “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlər keçirilib.
Mərkəzin əməkdaşı Aynur Həşimovanın təqdimatında keçirilən təlimə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonları üzrə 30 nəfər metodik kabinet əməkdaşı və müəllim qoşulub.
Təlimdə yeni yanaşmalar, texnologiyalardan tədrisdə istifadə qaydaları, tədrisin keyfiyyətini artırmaq məqsədilə təlim metodlarının tətbiqi müzakirə olunub, müəllimlərlə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimlərin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.