11.11.2021

"Bədii mətnin analitik təhlili üzrə işin təşkili" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 12 noyabr saat 17:00-da Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər üçün "Bədii mətnin analitik təhlili üzrə işin təşkili" mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova çıxış edəcək.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.