Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib
ARTİ-nin təşkilatçılığı ilə 14 noyabr tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
106 mərkəzdə təşkil olunan müsabiqənin nəticələri 21 noyabr tarixinə qədər ttm.edu.az saytında yerləşdiriləcək. Müsabiqədə iştirak etmək üçün 14 minə yaxın şagird qeydiyyatdan keçib.
Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.