15.11.2021

"SABAH.lab" Akselerasiya Mərkəzinin BMU-da təqdimatı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimatları davam edir.

Növbəti təqdimat BMU-nun Elm və innovasiya şöbəsi, Texnopark və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə universitetin tələbələri və Biznes İnkubasiya Mərkəzinin əməkdaşları üçün keçirilib.

Təqdimatda spiker qismində “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, “SABAH.lab” Akselerasiya Mərkəzinin baş əməliyyat direktoru Adil Qasımov, BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov, Texnoparkın baş mütəxəssisi Arif Nəcimov çıxış ediblər.

Rəhim Bayramlı çıxışında proqramın mahiyyətindən danışıb. Bildirib ki, “SABAH.lab” ARTİ-nin nəzdində yaradılmış yeni və innovativ startap akseleratordur. “SABAH.lab” çərçivəsində 6 aylıq intensiv inkişaf proqramı startapların qurulmasına və inkişafına xidmət göstərəcək. Bu xüsusi proqramın yaradılmasında “IE Business School” birbaşa iştirak edib.

Görüş panel müzakirələri ilə davam edib və spikerlər tələbələrin suallarını cavablayıblar.

Qeyd edək ki, proqramda iştirak üçün sabahlab.edu.az saytına müraciət etmək lazımdır.