16.11.2021

İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlər üçün pedaqoji kurs start götürüb

13 noyabr tarixindən etibarən icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlərin erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə 2-ci 108 saatlıq pedaqoji kurs start götürüb.

Pedaqoji kurs 12 həftə ərzində yalnız həftə sonları keçirilməklə Bakı, Ağcabədi, Cəlilabad, Lənkəran, Gəncədə baş tutacaq. Pedaqoji kursda yalnız öncədən qeydiyyatdan keçmiş, layihə çərçivəsində çalışan 155 tərbiyəçi-müəllim iştirak edəcək.

Qeyd edək ki, 108 saatlıq pedaqoji kurs ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.