16.11.2021
"L.Vıqotskinin "Sosial inkişaf" nəzəriyyəsi və sinifdə tətbiqi" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 18 noyabr saat 17:00-da “L.Vıqotskinin "Sosial inkişaf" nəzəriyyəsi və sinifdə tətbiqi” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.