19.11.2021

"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək. 

Elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri  təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

Ümumi təhsil, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər və pedaqoji işçilərinin, tədqiqatçıların və doktorantların da iştirak etdiyi elmi konfransın birinci günü Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov “Müasir dövrün çağırışları və dünya təhsilinin inkişaf tendensiyaları”, “Ümumi təhsildə məzmun islahatları: Bacarıq əsaslı məzmunun yaradılması” mövzularında çıxış edəcəklər.