22.11.2021

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

14 noyabr tarixində ARTİ tərəfindən keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb. Nəticələrlə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://ttm.edu.az/az/exam49.php?kod=2484266&kod_i=ok

Müsabiqədə iştirak etmiş şagirdlər 6 dekabr 2021-ci il tarixindən etibarən ttm.edu.az saytı vasitəsilə ölkə üzrə neçənci sırada olduqlarını öyrənə, eləcə də elektron sertifikatı saxlaya və ya çap edə biləcəklər.

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. 

Xatırladaq ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.