22.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının baş tutmasına sayılı günlər qalıb

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Sözügedən konfransın gündəliyində “Distant təhsildə öz-özünə öyrənmə və ömürboyu təhsil meyilləri” sessiyası yer alacaq. Sessiya zamanı ADA Universitetinin müəllimi Ramil Mustafayev distant təhsilin insanların şəxsi inkişafında rolu və ömürboyu təhsildə açdığı imkanlar haqqında çıxış edəcək və mövcud sualları cavablandıracaq.

Ramil Mustafayev Böyük Britaniyanın Nottinqem Universitetində magistr təhsili alıb. O, ADA Universitetində pedaqoji fəaliyyət göstərir və eyni zamanda, ADA məktəbinin Tədris işləri üzrə direktoru vəzifəsində çalışır.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa

Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.