Metodik kabinet əməkdaşı təlimlərə cəlb olunub
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən metodist hazırlığı və metodistlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Belə ki, 11 oktyabr-27 noyabr tarixlərində regionlar üzrə 207 nəfər metodik kabinet əməkdaşı təlimlərə cəlb olunub.
Təlimlər 6 müxtəlif modul - “Fənn kurikulumları”, “Alt standartlardan təlim nəticələrinin çıxarılması”, “Qiymətləndirmə”, “Səmərəli təlim mühitinin yaradılması”, “Sinfin idarə edilməsi”, “Dərsdinləmə prosesinin təşkili” üzrə keçirilib və zəruri metodik dəstək bacarıqları aşılanıb.
Qeyd edək ki, təlimin məqsədinə uyğun olaraq bütün region metodistlərinin cəlb edilməsi üçün təlimlər mərhələli olaraq davam etdirilir.