02.12.2021

"Sadə həndəsi fiqurların xassələri, statistika və ehtimal" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 3 dekabr tarixində saat 17:00-da “Sadə həndəsi fiqurların xassələri, statistika və ehtimal” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, "Dərs vaxtı" layihəsinin iştirakçısı, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək. Qeyd edək ki, Xəyalə Rüstəmzadə 2018-2019-cu illərdə MİQ imtahanlarında öz ixtisası üzrə ən yüksək nəticə toplayıb.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların  və tapşırıqların izah olunmasıdır.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.