03.12.2021

"SABAH Magistratura" proqramı çərçivəsində dərs müşahidələrinin təşkilinə start verilib

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edir.

Proqramın "Öyrənmə və Öyrətmə" fənni çərçivəsində tələbələr tərəfindən ümumtəhsil məktəblərində dərs müşahidələrinin təşkilinə start verilib.

Məktəblərə təşkil edilən səfərlərin məqsədi tələbələri ümumtəhsil məktəblərinin tədris prosesi ilə yaxından tanış etmək, sinfin idarəolunması, müəllim-şagird ünsiyyətinin dinamikası, dərs zamanı istifadə olunan metod və yanaşmalar, planlaşdırma zamanı fənn kurikulumlarına istinad olunma səviyyəsi, dərsliklərin səmərəli istifadəsi barədə məlumatlar toplayaraq təhsil tədqiqatları yönündə faydalanmaqdır.