07.12.2021

"Erkən uşaq inkişafı: Yeni yanaşmalar və təcrübələr" adlı beynəlxalq onlayn forum baş tutub

3 dekabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və “T-Network” təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.

450-ə yaxın iştirakçının qatıldığı, yerli və xarici mütəxəssislərin çıxış etdiyi beynəlxalq forumun məqsədi erkən uşaq inkişafı ilə bağlı tədqiqat və təcrübələri bölüşmək, cəmiyyəti bu haqda maarifləndirmək, erkən uşaq inkişafında təhsilin önəmi və inkişaf mexanizmləri haqqında məlumat vermək olub.

"T-Network" platformasının koordinatoru Cəfər Mənsiminin moderatorluğu ilə baş tutan beynəlxalq onlayn forumda açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov forumun, həmçinin məktəbəqədər təhsilin əhəmiyyətini qeyd edib, ölkədə bu sahədə baş verən nailiyyətlərdən, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rolundan söz açıb, forumun təşkilatçılarına təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Açılış nitqindən sonra Amerikanın St.Louis İntensiv Uşaq İnkişafı proqramının müəllimi Laura Conson, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonova, Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova, tərbiyəçi-müəllim və dünyanın ən yaxşı 10 müəllimi nominasiyasının qalibi Nurten Akkuş, Vaşinqton Universitetinin Təhsil Siyasəti və İdarəetmə fakültəsinin doktorantı Sevinc Məmmədova, T-Network platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, ADA Universitetinin Təhsil fakültəsinin baş müəllimi Ülviyyə Mikayılova təqdimatla çıxış ediblər. Spikerlər uşaqların erkən inkişafı ilə bağlı tədqiqat və təcrübələrini paylaşıb, bununla bağlı müxtəlif mövzulara toxunublar.

Müzakirələrlə davam edən forumun sonunda əməkdar elm xadimi, professor Şahlar Əsgərov da öz fikirlərini bölüşüb və forumun əhəmiyyətini yüksək qiymətləndirib.

Onlayn forumu izləmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.

https://youtu.be/vor3nfDfccE

 

 

"Erkən uşaq inkişafı: Yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.

 

3 dekabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və “T-Network” təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.

 

450-ə yaxın iştirakçının qatıldığı, yerli və xarici mütəxəssislərin çıxış etdiyi beynəlxalq forumun məqsədi erkən uşaq inkişafı ilə bağlı tədqiqat və təcrübələri bölüşmək, cəmiyyəti bu haqda maarifləndirmək, erkən uşaq inkişafında təhsilin önəmi və inkişaf mexanizmləri haqqında məlumat vermək olub.

 

"T-Network" platformasının koordinatoru Cəfər Mənsiminin moderatorluğu ilə baş tutan beynəlxalq onlayn forumda açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov forumun o cümlədən, məktəbəqədər təhsilin əhəmiyyətini qeyd edib, ölkədə bu sahədə baş verən nailiyyətlərdən, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rolundan söz açıb, forumun təşkilatçılarına təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

 

Açılış nitqindən sonra Amerikanın St.Louis İntensiv Uşaq İnkişafı proqramının müəllimi Laura Conson, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonova, Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri – İlahə Rəsulova, tərbiyəçi-müəllim və dünyanın ən yaxşı 10 müəllimi nominasiyasının qalibi Nurten Akkuş, Vaşinqton Universitetinin Təhsil Siyasəti və İdarəetmə fakültəsinin doktorantı Sevinc Məmmədova, T-Network platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, ADA Universitetinin Təhsil fakültəsinin baş müəllimi Ülviyyə Mikayılova təqdimatla çıxış ediblər. Spikerlər uşaqların erkən inkişafı ilə bağlı tədqiqat və təcrübələrini paylaşıb, bununla bağlı müxtəlif mövzulara toxunublar.

 

Müzakirələrlə davam edən forumun sonunda əməkdar elm xadimi, professor Şahlar Əsgərov da öz fikirlərini bölüşüb və forumun əhəmiyyətini yüksək qiymətləndirib.

 

Onlayn forumun video yazısı “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin “YouTube” kanalına yerləşdirilib: https://youtu.be/vor3nfDfccE