09.12.2021
"Azərbaycanın ilkin feodal dövlətləri" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
10 dekabr tarixində saat 17:00-da keçiriləcək növbəti vebinarda “Azərbaycanın ilkin feodal dövlətləri” mövzusu testlər üzərində izah olunacaq.
Vebinarda spiker qismində Sumqayıt şəhər General-Mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin tarix müəllimi Aygün Rəhimova çıxış edəcək.
Vebinarın keçirilməsində məqsəd müəllimlərin peşəkar inkişafı və sertifikasiyaya daha effektiv hazırlığı üçün testlər üzərindən tapşırığın məzmun sahəsinin və aid olduğu səriştənin təyin edilməsidir.
Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.