16.12.2021
"Peşəkar ol" proqramı əsasında təşkil olunmuş təlimlərin sertifikatları təqdim olunub
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 13 dekabr tarixində Bakı Slavyan Universitetinin sonuncu kurs bakalavr və magistr tələbələri üçün "Peşəkar ol" proqramı əsasında təşkil olunmuş təlimlərin sertifikatların verilməsi mərhələsi təşkil olunub.
Qeyd edək ki, proqram çərçivəsində pedaqoji istiqamətdə təhsil alan tələbələrə J.Piajenin “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi, “Məktəbdaxili qiymətəndirmə”, “Yazı işlərinin təşkilində səmərəli üsullar”, “İnklüziya nədir?” mövzularında seminarlar keçirilib və tələbələrlə fikir mübadiləsi aparılıb.