28.12.2021
Metodik dəstək və peşəkar inkişaf mərkəzinin qaynar xəttinə noyabr-dekabr ayları ərzində daxil olan müraciətlər
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin (MDPİM) qaynar xətti gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Noyabr-dekabr ayları ərzində metodistlərin, tədris işçilərinin sual və təkliflərini ünvanladığı qaynar xəttə daxil olan müraciətlərlə bağlı statistik məlumatlar ilə infoqrafikada tanış ola bilərsiniz.
Qeyd edək ki, MDPİM-in qaynar xətti metodistlərin və tədris işçilərinin COVID-19 pandemiyası səbəbilə tətbiq edilən distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.