Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 28 dekabr 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti “Refleksiv müəllim” seminarı keçirilib. Seminarda Beyləqan rayonu G. Əsədov adına I Şahsevən kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Kazımovanın təqdimatı əsasında V sinif Azərbaycan dili dərsliyində yer alan “Bilirdim ki, gələcəksən” mətni üzrə dərs icmalı müzakirə olunub. 35 nəfər müəllimin fəal iştirakı ilə mövzu ətrafında müxtəlif praktik tapşırıqlar yerinə yetirilib, standartlar, təlim nəticələri və qiymətləndirmə ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə tədris etdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.