19.01.2022

ARTİ-nin nəzdində Təhsil Resursları Mərkəzi fəaliyyətə başlayıb

Tədris resurslarının çeşidliliyinin və onlara təlabatın sürətlə artdığı bir zamanda yeni tədris resursları və onların elektron versiyalarının, təhsil prosesində müəllim və şagirdlər üçün əlavə resursların hazırlanmasını zəruri edir. 
Məhz bu məqsədlə ARTİ-nin nəzdində Təhsil Resursları Mərkəzi fəaliyyətə başlamışdır.  

Mərkəz öz fəaliyyətində ən mütərəqqi təhsil ideyalarının ölkəmizdə tətbiqi məqsədilə nüfuzlu beynəlxalq şirkətlərlə yaxından əməkdaşlıq edəcəkdir. Hazırda Sinqapurun Alston Nəşriyyat Evi ilə əməkdaşlıq edilir.