Beynəlxalq Kimya Olimpiadasına hazırlıq dərsləri keçirilir
Olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiadalarda göstəricilərinin daha da yüksəldilməsi üçün müvafiq fənlər üzrə fərqli ölkələrdən mütəxəssis müəllimlər dəvət olunur.
Belə ki, 54-cü Beynəlxalq Kimya Olimpiadasına hazırlıq ilə əlaqəli kimya fənnindən intensiv dərslər-“Qış kampı” təşkil olunub.
Dərslərə Rusiya Beynəlxalq Kimya Olimpiadası komandasının məşqçiləri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları, Qeyri-üzvi kimya kafedrasının müəllimi Aleksey Lunev Mixayloviç, Fiziki-kimya kafedrasının müəllimi Daniil Xoxlov Vitalyeviç, həmçinin KAİST Universitetinin (Cənubi Koreya) tələbəsi Ramil Babazadə dəvət olunublar.
Qeyd edək ki, 14 nəfər şagirdin iştirakı ilə keçirilən dərslər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində təşkil olunur.