27.10.2017

Uşaq forum-teatrı çərçivəsində təlimlərə başlanılıb

“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Uşaq forum-teatrının şagirdlərin şəxsiyyətyönlü inkişafında rolu: “İctimai nəqliyyatda davranış” mövzusunda forum-teatr" layihəsi çərçivəsində təlimlərə başlanılıb.

10 oktyabr 2017-ci il tarixində forum-teatrda iştirak edəcək şagirdlərin seçilməsi ilə fəaliyyətə başlayan layihə çərçivəsində ilk təlim həmin şagirdlərlə oktyabrın 27-də keçirilib. Təlimi Bakı Uşaq Teatrı nəzdində Forum Klubun rəhbəri Arzu Soltan və rejissor Könül Şahbazova  aparıb. Forum-teatra hazırlıqda ilk mərhələ olan bu təlimdə iştirakçılarla mövzuya aid ilkin söhbətlər edilib və onların Forum-teatrda iştirakla bağlı fərdi qabiliyyətlərinin üzə çıxarılması üçün müxtəlif oyunlardan istifadə olunub. Təlim 3 saat davam etib.

Layihənin əsas məqsədi kiçik yaşlı şagirdləri cəmiyyətdə baş verən hadisələrin mahiyyəti ilə yaxından tanış etmək, onlara birgə fəaliyyət, kollektiv müzakirə vərdişlərini aşılamaq,  özünüifadə bacarığını, nitq qabiliyyətini inkişaf etdirmək, sərbəst düşüncə və qərarvermə qabilyyətinin formalaşmasına təkan vermək, sosial təcridolunma və ətraf aləmlə münasibət probleminin aradan qaldırılmasına kömək etmək, şagirdlərdə dünyagörüşünün və  ictimai davranış mədəniyyətinin inkişafına, onların istedadlarının aşkar olunmasına və bu potensialın gerçəkləşdirilməsinə yardım etmək üçün forum-teatr metodunun sınaqdan keçirilməsindən ibarətdir.

10 oktyabr 2017-ci il tarixində forum-teatrda iştirak edəcək şagirdlərin seçilməsi ilə fəaliyyətə başlayan layihədə həmin şagirdlərlə ilk təlim oktyabrın 27-də keçirilib. Təlimi Bakı Uşaq Teatrı nəzdində Forum Klubun rəhbəri Arzu Soltan və rejissor Könül Şahbazova  aparıb. Forum-teatra hazırlıqda ilk mərhələ olan bu təlimdə iştirakçılarla mövzuya aid ilkin söhbətlər edilib və onların Forum-teatrda iştirakla bağlı fərdi qabiliyyətlərinin üzə çıxarılması üçün müxtəlif oyunlardan istifadə olunub. Təlim 3 saat davam etib.

Bundan sonra forum-teatr təqdimatına hazırlıq çərçivəsində daha dörd təlimin keçirilməsi, iştirakçıların Azərbaycan teatrlarına bir neçə ekskursiyası və bir neçə tamaşaya baxış planlaşdırılıb. Dekabr ayının 10-na qədər forum-teatrla bağlı texniki məsələlərin (dekorasiyanın, səhnə geyimlərinin və s. hazırlanması) həll olunması nəzərdə tutulub.

Forum-teatrın təqdimatının bu ilin dekabr ayının 20-nə qədər baş tutması planlaşdırılır.

Fərdi kateqoriyada 144 nömrəli tam orta məktəbin müəllimi Ceyhunə Novruzovanın  rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.