25.01.2022

"İqlim və iqlim qurşaqları" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 26 yanvar tarixində saat 17:00-da coğrafiya fənni üzrə “İqlim və iqlim qurşaqları” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhər 166 saylı məktəb-liseyin coğrafiya müəllimi Nərimanlı Rəşad çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.