Azərbaycan dilindən bəzi dil qaydalarının testlər vasitəsi ilə izahı mövzusunda vebinar
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 31 yanvar tarixində saat 17:00-da Azərbaycan dilindən bəzi dil qaydalarının testlər vasitəsi ilə izahı mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan Respublikası Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə ekspert Məşədiyeva Gülnar çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.