09.02.2022

Beynəlxalq Jautikov Olimpiadasına intensiv hazırlıq kampı keçirilir

Qazaxıstanda 15-23 fevral tarixləri arasında  Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunacaq.

Sözügedən olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək. Şagirdlərin olimpiadaya hazırlıq prosesinin intensivləşdirilməsi, olimipada qabağı motivasiyalarının artırılması məqsədi ilə 3-13 fevral tarixləri arasında ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində intensiv dərslər və sosial fəaliyyətləri əhatə edən qış kampı təşkil olunur.