14.02.2022

Qış düşərgəsinin 6-cı, 7-ci günləri intellektual oyun və seminarlarla xüsusilə əyləncəli keçir

Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev "Riyaziyyat üzrə olimpiada hərəkatı" mövzusundakı çıxışında son illər olimpiada qaliblərinə təqdim edilən imkanların yüksək qiymətləndirildiyini qeyd etdi.

ADPU-nun Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva da düşərgənin qonağı olub və "Beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarında (PISA, TIMSS) riyaziyyat nəticələrin təhlili" mövzusunda tələbələrə təqdimat edib.

ADA Universitetinin baş müəllimi Vüqar Musayevin "Kriptoqrafiya" adlı təqdimatında müasir kriptoqrafiyanın əsasları, simmetrik və asimmetrik kriptosistemlər, asimmetrik kriptosistemlərin riyazi əsasları, RSA alqoritmi, Diffie Hellman Açar Mübadiləsi alqoritmi, El Gamal alqoritmi, elektron imza və heş funksiyalar müzakirə edilib.

Düşərgənin növbəti qonağı təhsil psixoloqu Hüseyn Həsənov tələbələrə onların qarşılaşa biləcəyi psixoloji durumlardakı mümkün çıxış yollarından danışıb və onların suallarını cavablandırıb.