15.02.2022

ARTİ orta məktəblərin rəhbər heyəti və pedaqoji işçiləri ilə görüş keçirib

Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları 3 fevral 2022-ci il tarixində Albert Aqarunov adına 154 saylı, 10 fevral 2022-ci il tarixində Xavər Vəliyev adına 75 saylı və 11 fevral 2022-ci il tarixində Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəblərin rəhbər və pedaqoji işçiləri ilə görüş keçiriblər.

ARTİ-nin direktoru Rüfət Əzizovun iştirakı ilə keçirilən görüşdə TKTA tərəfindən keçirilmiş keyfiyyət monitorinqinin nəticələrinə dair hesabat təqdim olunub. Hesabatda məktəbin ümumi fəaliyyəti, şagirdlərin nailiyyətləri və şəxsiyyət kimi inkişafı, öyrətmə və qiymətləndirmə, məktəbdə dəstəkləyici mühitin (infrastruktur, mənəvi-psixoloji mühit, təhlükəsizlik) yaradılması və məktəbdə idarəetmənin keyfiyyəti üzrə monitorinq nəticələri diqqətə çatdırılıb. MDPİM əməkdaşları tərəfindən məktəbə metodik dəstəyin göstərilməsi məsələsi müzakirə olunub.

Məktəbə göstəriləcək metodik dəstək prosesində məktəbin inkişaf proqramının hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, məktəbin müəllim və metodbirləşmə rəhbərləri ilə fərdi və kollektiv söhbətlərin aparılması, dərsdinləmə proseslərinin təşkil olunması, müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.