22.02.2022

Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlər keçiriləcək

ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. 
 
Proqramda əsas təlim mövzuları aşağıdakılardır: 
Pedaqoji fəaliyyətdə ilk addım; 
Tədrisin planlaması və tətbiqi; 
Ali təhsilin normativ-hüquqi tənzimlənməsi; 
Təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi; 
Elmi rəhbərlik; 
Tədrisin idarə edilməsi; 
Peşə etikası. 
 
Təlimlərdə iştirak etmiş şəxslər nə öyrənəcək?
Ali təhsildə pedaqogika və psixologiya, təhsilalanlara fərdi yanaşma ilə bağlı biliklərini artıracaq; 
Rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək;
Elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək;
Qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək; 
Tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcək.
 
Qeyd edək ki, təlimlərdə iştirak üçün bakalavr (baza) təhsili ilə yanaşı magistratura təhsili də zəruridir. Təlimlər ödənişli əsaslarla həyata keçirilir və sonda iştirakçılara ARTİ tərəfindən sertifikat təqdim ediləcək. 
 
Proqram və ödəniş ilə bağlı qeydiyyatdan keçən şəxslərə ətraflı məlumat göndəriləcək. 
 
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: 
 
Qeydiyyat üçün son tarix: 3 mart 2022-ci il