Finance & Banking Campus 2022 çərçivəsində seminarlar keçiriləcək
Finance & Banking Campus 2022 Azərbaycan gənclərinin maliyyə, bank və iqtisadiyyatın digər sahələri haqqında bilik və bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş təşəbbüsdür.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən maliyyə, bank və sahibkarlıq sektorunda uğurlu fəaliyyət göstərən CEO, CFO və digər yüksək səviyyəli rəhbərlər iştirak edəcəklər.
Kampus çərçivəsindəki 3-cü seminarda spiker qismində “Realeyes”in qurucusu və baş texnologiya direktoru Elnar Hacıyev “Angel investisiyalari-həqiqət və ya uydurma” mövzusunda çıxış edəcək. O, süni intellekt və maşın öyrənmə sahəsində ixtisaslaşan, o cümlədən texnoloji startapların qurulmasına sərmayə qoyan sahibkardır. E.Hacıyev Oksford Universitetində kompüter elmləri üzrə magistr və PhD dərəcəsinə malikdir.
Yeni bir işə başlamaq istəyən və ya hər hansı bir işə sərmayə qoymağı düşünən iştirakçılar angel investorlara və toxum maliyyələşdirməsinə həsr olunan 3-cü seminarımızdan faydalanacaqlar.
Bu seminar startaplara və ilkin mərhələdəki müəssisələrə kömək etmək üçün maliyyə, sənaye bilikləri və müdrikliyi birləşdirən aktiv investorlara həsr olunacaq. Angel investorlar mentorluq, kouçinq, sənaye əlaqələrini sübut etməklə, həmçinin effektiv nəzarət və idarəetmənin qurulmasına kömək etməklə bu müəssisələrə töhfə verirlər.
Bildirmək istərdik ki, kampusda iştirak etmək üçün ehtiyaci olan tələbələrə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulub.
Kampus haqqında ətraflı məlumat və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: