"Təhsilin Məzmunu və Dərsliklər" üzrə Daimi Şuranın ilk iclası keçirilib
Təhsil Nazirliyi yanında “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şuranın ilk iclası keçirilib.
Təhsil nazirinin müavini Ceyhun Bayramovun sədrliyi ilə keçirilən iclasda şuranın ictimai əhəmiyyəti və gözləntilər haqqında məlumat verilib. Şura üzvləri ilə birlikdə təhsilin məzmunu və dərsliklərlə bağlı ümumi vəziyyət ətraflı müzakirə olunub, şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gözləntilər müəyyənləşdirilib.
Görüşün sonunda növbəti iclasın əsas mövzusu “Ümumi təhsilin dövlət standartları” kimi müəyyən olunub.
“Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şura bu sahədə mövcud olan problem və təklifləri maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərləri ilə müzakirə etməklə təhsilin məzmununda müasir yanaşmaları tətbiq etməyə imkan yaradacaq. Şurada təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə ümumilikdə 17 nəfər olmaqla nazirliyin, universitetlərin, özəl sektorun nümayəndələri, millət vəkilləri və təhsil mütəxəssisləri fəaliyyət göstərir.