25.02.2022
ARTİ "Kibertəhlükəsizlik" təlimlərini uğurla davam etdirir
14 fevral tarixindən oflayn şəkildə keçirilən təlimlərdə tələbələrə “Kibertəhlükəsizliyə giriş”, “İnsidentlərin idarə olunması və cavab tədbirləri”, “Nüfuzetmə testləri”, “Veb aplikasiyaların nüfuzetmə testləşdirilməsi” modulları tədris olunmağa davam edir.
Nəzərinizə çatdıraq ki, təlimlər beynəlxalq təcrübəyə malik olan kibertəhlükəsizlik ekspertləri tərəfindən tələbələrə keçilir. Təlimçilərimizdən Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə "King's College London"da kompüter elmləri namizədidir. O, kibertəhlükəsizlik və rəsmi yoxlama üzrə ixtisaslaşmış və ACM Turing Mükafatı Təqaüdünün 10 qalibindən biridir.