04.03.2022
"Təbiət" fənni üzrə dərslik komplektinin II hissəsi hazırlanıb
ARTİ tərəfindən V siniflər üçün "Təbiət" fənni üzrə dərslik komplektinin II hissəsi hazırlanıb və ümumtəhsil müəssisələrinin 132 sinfində pilot sınağına təqdim edilib.
Dərslik komplektinə dərslik və iş dəftəri daxildir. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılıb, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri diqqətə alınıb. Dərslik komplektində fəaliyyət əsaslı təlimə önəm verilib.
Qeyd edək ki, dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, Sinqapurlu mütəxəssislər də cəlb olunub.