31.03.2022

UNICEF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin 3-cü mərhələsinə start verilib

ARTİ tərəfindən icra olunan Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsinin 3-cü mərhələsi davam edir. COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyaclarını yerlərdə müəyyən etmək, onların bilik və bacarıqlarındakı boşluqları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün Beyləqan və Ağsu rayonlarında, ümumilikdə 9 qrupda məşğələlər keçirilir. Məşğələlər layihə mütəxəssisləri tərəfindən müntəzəm olaraq monitorinq olunur.

Qeyd edək ki, layihə cari ilin may ayının sonunadək davam edəcək.