31.03.2022

TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirilib

Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edib. Pilot mərhələnin əsas məqsədi tədqiqatın sınaq mərhələsində istifadə olunacaq sualların respondentlər tərəfindən anlaşıla bilən olub-olmadığını yoxlamaqdır. ARTİ tərəfindən təşkil olunan pilot mərhələdə 21 məktəb üzrə 7 məktəb rəhbəri və 14 müəllim respondent qismində iştirak edib.

TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi 2023-cü ildə, əsas mərhələsi isə 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, TALIS (The Teaching and Learning International Survey) – Tədris və Təlim üzrə Beynəlxalq Tədqiqat 55-ə yaxın ölkədə keçirilməklə, müəllimlərin və direktorların əldə etdikləri professional inkişafları, tədrisə dair baxışları, təcrübələri, həmçinin onların işinin qiymətləndirilməsi kimi məsələlərə toxunmaq məqsədilə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (Organisation for Economic Co-operation and Development) və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən 5 ildən bir keçirilir.