06.04.2022
"Koordinatlar üsulu. Vektorlar. Fırlanma fiqurları" mövzusunda vebinar keçiriləcək
8 aprel saat 17:00-da riyaziyyat fənni üzrə “Koordinatlar üsulu. Vektorlar. Fırlanma fiqurları” mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində Bakı şəhəri Nəsimi rayonu 14 saylı tam orta məktəbin riyaziyyat müəllimi İbrahimova Fəxriyyə çıxış edəcək.
F. İbrahimova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ”Tərəqqi” medalına, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülüb.
Qeyd edək ki, tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.